İslam Konorla mümkün döyüşdən danışıb

Rusiyalı qarışıq döyüş növləri üzrə idmançı, yüngül çəkidə hazırkı UFC çempionu İslam Mahaçov 2 çəki dərəcəsində çempionluq kəmərinin keçmiş sahibi Konor Makqreqorla mümkün döyüşə dair sualı cavablandırıb.

Allsport.az xəbər verir ki, Mahaçov söyləyib: “Əgər Makqreqor Maykl Çandlerə qalib gəlsə, çox güman ki, UFC onun üçün yüngül çəkidə titul döyüşü təşkil etmək istəyəcək. Niyə də yox? Pul döyüşlərindən imtina etmək üçün axmaq olmalısan. Sadəcə çölə çıxmaq, onu döymək, pul qazanmaq və xoşbəxt yaşamaq lazımdır”

İslam Maxaçov sonuncu döyüşünü fevralda UFC-284-də keçirib və Aleks Volkanovskini məğlub edib.

Konor Makqreqor 2021-ci ilin iyul ayında Dastin Puareyə texniki nokautla uduzduğundan bəri səkkizbucağlıya daxil olmayıb.

Həmin kateqoriyadan