Mahirlə birgə döyülmüş futbolçu da “Legiya”dan ayrıldı

Mahirlə birgə döyülmüş futbolçu da “Legiya”dan ayrıldı

“Legiya”da Mahir Əmrəli ilə birlikdə azarkeşlərin hücumuna məruz qalmış Lukinyas da Polşa klubundan ayrılıb. Allsport.az saytı xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ABŞ-ın “Nyu-York Red Bulls” klubuna keçib. 26 yaşlı futbolçu ilə 3-illik müqavilə imzalanıb. 

Xatırladaq ki, ötən ilin dekabrında Polşa eksraklassasının 28-ci turunda Plotsk “Visla”sına məğlubiyyətlə barışmayan azarkeşlər, komandanın avtobusuna soxularaq Mahir Əmrəli və Lukinyası döyüblər.

Bundan sonra millimizin hücumçusu “hərbçilər”dən ayrılıb və özünə yeklub axtarmağa başlayıb. O, 2 həftə öncə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə müqabilə bağlayıb.

Həmin kateqoriyadan