“Mahirlə Tomas bir-birinin kilidini açacaq”

Azərbaycan millisinin üzvü Mahir Əmrəlinin də çıxış etdiyi “Legiya”nın baş məşqçisi Marek Qolebyevski komandanın hücum xətti barədə danışıb. 

Allsport.az xəbər verir ki, o, yığmamızın üzvü barədə də fikirlərini bölüşüb:

“Hücumçuların qol vurmağa başlaması üçün nə etməli olduğu barədə düşünmürük. Bu, hücumçular üçün yaxşı yol deyil. Emreli və Tomas Pekhart bir-biri ilə yarışır. İlk özünü müsbət tərəfdən göstərən müntəzəm oynayacaq. Mahir fərqli hücumçudur, sürətli və güclüdür. Tomas havada və hər şeydən əvvəl cərimə meydançasında yaxşı oynayır, tipik 9 nömrədir. Onunla çox danışıram. Çünki ötən mövsüm 20-dən çox qol vurub. Əlbəttə ki, bunu necə edəcəyini unutmayıb. Heç də həmişə istədiyi ötürmələri ala bilmir. Bəzən topları lazım olan yerə daşıya bilmirik. Ümid edirəm ki, Mahirlə Tomas ölkə kubokunun “Motor”la matçında bir-birinin kilidini açacaq”.

“Legiya” Polşa kubokunun 1/8 final mərhələsində sabah “Motor”la səfərdə üz-üzə gələcək.

Həmin kateqoriyadan