“Bryus Lidən sonra ən böyük yarımyüngül çəki döyüşçüsü mənəm”

“Bryus Lidən sonra ən böyük yarımyüngül çəki döyüşçüsü mənəm”

İrlandiyalı UFC ulduzu Konor Makqreqor qarışıq döyüş növlərində yarımyüngül çəki dərəcəsinin ən güclü döyüşçüləri sırasında yer almamasına münasibət bildirib.

Allsport.az xəbər verir ki, Makqreqor 2015-ci ildə UFC-nin yarımyüngül çəki üzrə çempionu olub.

“Çox qəribədir ki, məni ən böyük yarımyüngül çəki döyüşçüləri siyahısına daxil etmirlər. Axı həmin reytinqdə yer alan bütün döyüşçülərə qalib gəlmişəm. Bryus Lidən sonra dünyanın ən böyük yarımyüngül çəki döyüşçüsü mənəm. Bazar günü bunu bir daha sübut edəcəyəm”, – deyə Makqreqor bildirib.

İyulun 12-də Las-Veqasda keçiriləcək UFC 329 turnirində Konor Makqreqor amerikalı Maks Holloueylə üz-üzə gələcək.

Həmin kateqoriyadan