Makqreqoru dopinqdə ittiham etdi

Amerikalı qarışıq döyüş növləri üzrə idmançı Beneil Dariuş 2 çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor haqqında şok açıqlama verib.

Allsport.az xəbər verir ki, o, Konorun dopinq qəbul etdiyini deyib:

“Düşünürəm ki, Makqreqor hamını aldadır. Əgər zədədən sonra ayağınızı sağaltmaq və bunun üçün bir növ vasitələr qəbul etmək istəyirsinizsə, USADA-dan terapevtik məsləhətlər əldə edə bilərsiniz. Nə istifadə edirsinizsə, antidopinq agentliyi ilə bölüşməlisiniz. Gördüklərimiz sadəcə cəfəngiyyatdır. Konorun ayağına görə dopinq testi verməyəcəyini deyirlər. O, yoxlanılmalıdır və sonra terapevtik istisnalar haqqında məlumatlar açıqlanmalıdır. Lakin bu, Makqreqor üçün belə deyil. O, hamını aldatmaq üçün hətta idmanı da tərk edib”.

Makqreqor 2021-ci ilin iyul ayından yarışa çıxmır və onun bu payızda “səkkizbucaqlı”ya qayıdacağı gözlənilir.

Həmin kateqoriyadan