- Baxış sayı: 54
- 11 Sentyabr 2026 23:49
- Baxış sayı: 425
- Sentyabr 08, 2026
- 0

“Mançester Yunayted” klubu “Mançester Siti” ilə keçiriləcək derbi qarşılaşması ərəfəsində bilet alverçilərinə qarşı apardığı genişmiqyaslı reydlərin yekunlarını açıqlayıb.
Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar” şübhəli hesab edilən 1617 istifadəçini yoxlayıb və mövsümlük abonement qaydalarını pozan 685 hesaba qarşı sərt sanksiyalar tətbiq edib.
Klub rəsmiləri bildiriblər ki, toplanan məlumatlar sayəsində illərdir azarkeşlərin hesabına qanunsuz gəlir əldə edən mütəşəkkil alverçi şəbəkələrinin fəaliyyəti ifşa olunub.
Lakin rəhbərliyin bu sərt addımları fanatlar arasında ciddi narazılıq yaradıb. “The 1958” azarkeş qrupu 13 sentyabrda baş tutacaq derbi matçından əvvəl etiraz aksiyası keçirəcəyini bəyan edib. Qrup Mançester təmsilçisini günahsız azarkeşləri tutarlı sübut olmadan cəzalandırmaqda günahlandırıb. “Mançester Yunayted” isə bu ittihamları qətiyyətlə rədd edərək, sosial şəbəkələrdə yayılan məlumatların reallığı əks etdirmədiyini bildirib. Klub 468 mübahisəli halın artıq həll edildiyini və həmin azarkeşlərə kompensasiya ödənildiyini vurğulayıb.