“Mançester Yunayted”də 1994-cü ildən bəri belə bir şey olmamışdı

“Mançester Yunayted” 21-ci əsrdə ilk dəfə həm FA kubokunun, həm də liqa kubokunun finalına çıxıb.

Allsport.az xəbər verir ki, Erik Ten Haqın baş məşqçilik etdiyi klub bu gün penaltilər üzrə FA Kubokunun yarımfinalında “Brayton”u məğlub edib. “Qımızı şeytanlar” iyunun 3-də həlledici oyunda “Mançester Siti” ilə qarşılaşacaqlar.

Fevralın 26-da komanda İngiltərə liqa kubokunun finalında “Nyukasl”ı (2:0) məğlub edib.

Klub sonuncu dəfə 1993-94 mövsümündə hər iki yarışda finala yüksəlib. Belə hadisə daha əvvəl 1983-cü ildə olmuşdur. Eyni zamanda, hər iki mükafatı qazanmaq hələ ki, mümkün olmayıb.

Həmin kateqoriyadan