“Mançester Yunayted”dən tarixi transfer haqqı

“Mançester Yunayted” “Real”ın gənc ulduzu Eduardo Kamavinqanı alaraq tarixin 3-cü ən bahalı transferinə imza ata bilər.

Allsport.az xəbər verir ki, “Mançester Yunayted” Kamavinqa üçün “Real”a 130 milyon avroluq böyük təklif hazırlayır.

Kamavinqanın Madrid təmsilçisi ilə müqaviləsi 2027-ci ildə başa çatacaq. Kamavinqanın gələcəyi maraq doğurur. 20 yaşlı gənc ulduz bu mövsüm la liqada keçirdiyi 24 oyunun 12-də əsas heyətdə yer alıb.

PSJ-nin 222 milyon avroya “Barselona”dan heyətinə qatdığı Neymar tarixinin ən bahalı transferidir. PSJ 2017-ci ildə 180 milyon avro ödəyərək “Monako”dan Kilian Mbappeni almaqla daha bir tarixi transferə imza atıb.

“Mançester Yunayted” Kamavinqa üçün “Real”a 130 milyon avro ödəsə, bu, futbol tarixinin ən bahalı 3-cü transferi olacaq.

Həmin kateqoriyadan