Mane “Liverpul” üçün darıxıb

“Bavariya”nın hücumçusu Sadio Mane “Liverpul”a qayıtmaq istəyir.

Allsport.az xəbər verir ki, seneqallı köhnə komandası üçün darıxır və həqiqətən də premyer liqaya qayıtmaq istəyir.

Daha əvvəl məlum olmuşdu ki, “Bavariya” yayda Manedən qurtulmaq üçün əlindən gələni edəcək. Klubun baş məşqçisi Tomas Tuçelin Mane ilə bağlı planları yoxdur, çünki o, onun sisteminə uyğun gəlmir.

Mane bu mövsüm bütün turnirlərdə 32 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan