Maqnus Karlsen: Çox sevinirəm ki, liderliyə yüksəldim

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess-2015 superturnirində 5-ci turun görüşləri davam edir. Allsport.az saytı xəbər verir ki, Synergy Group-un təşkilatçılığı ill keçirilən yarışın 5-ci turunda dünya çempionu Maqnus Karlsen Fransa təmsilçisi Maksim Vaşye-Laqrava qalib gələrək liderliyə yüksəlib.

Norveçli şahmatçı qələbə təəssüratlarını jurnalistlərlə bölüşüb: “Nəzəri gedişlərdən uzaq görüş oldu. Qələbə layiqlidir. 4-cü gedişdə debütdən çıxaraq rahat oynamağa başladım. Əvvəlcədən hazırladığım taktika deyildi. Rəqib imkan verdiyi qədər təzyiq oldu. Çox sevinirəm ki, liderliyə yüksəldim. Bu yarışın sonu deyil. Qarşıda biz istirahət günü, sonra isə 4 tur gözləyir”.

Həmin kateqoriyadan