“Marca” qəzeti “Xəzərli qolçu”dan yazıb

İspaniyanın məşhur “Marca” qəzeti Primeroda fərqlənən əcnəbi futbolçulardan yazıb. Allsport.az saytı xəbər verir ki, siyahıda azərbaycanlı futbolçu Vəli Qasımov da yer alıb.  

“Qasımov la liqada qol vuran yeganə azərbaycanlı futbolçudur. “Xəzərli qoleador” “Albasete”də oynayarkən 4 dəfə fərqlənmişdi” deyə məqaladə qeyd edilir.

Qeyd edək ki, paytaxtda keçirləcək Avropa liqasının səfiri olan hemyerlimiz Primeroda “Betis”in heyətində bürünc medal qazansa da, qol vura bilməyib.

Həmin kateqoriyadan