Mareska “Mançester Siti”də?

“Çelsi”nin keçmiş baş məşqçisi Enzo Mareska “Mançester Siti”də mümkün təyinatla bağlı xəbərlərə münasibət bildirib.

Allsport.az saytı xəbər verir ki, bir müddət öncə “şəhərlilər”in rəhbərliyinin Xosep Qvardiolanın mümkün gedişinə hazırlaşdığı və adı çəkilən çalışdırıcının bu vəzifəyə əsas namizəd olduğu bildirilirdi.

Mareska 2022-ci ildən 2023-cü ilə qədər “Mançester Siti”də Qvardiolanın köməkçisi vəzifəsində işləyib.

“Növbəti fəslə hazır olduğumu hiss edirəm və bu, ən vacib şeydir. “Mançester Siti” işi? Klubların özlərindən kənarda da hazır olmaq vacibdir. Mövsümün bitməsinə hələ bir neçə həftə qalıb və sonra nə olacağını görəcəyik”, – italiyalı mütəxəssis aydınlıq gətirib.

Həmin kateqoriyadan