Mariya Smirnova: “Şərait Avropa Oyunlarına yaxşı hazırlaşmağa imkan verir”

“Azərbaycanda gimnastlar üçün yaradılmış şərait Avropa Oyunlarına yaxşı hazırlaşmağa imkan verir”. Allsport.az xəbər verir ki, bunu “Trend”ə gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında iki qızıl medal qazanmış Azərbaycan gimnastı Mariya Smirnova deyib.

O, nəticəsindən razıdır: “Bu gün birinci gündəkindən daha yaxşı çıxış etdim. Əgər belə çıxış etsəydim çoxnövçülükdə üçlükdə ola bilərdim. Məşqçim də razıdır, çünki biz yalnız sərbəst hərəkətlərdə medal qazanmağa güvənirdik”.

M.Smirnova qeyd edib ki, Avropa Oyunlarına Bakıda hazırlaşacaq: “Oyunlara burada hazırlaşacağam. Vəzifəm proqramı yaxşılaşdırmaq, elementləri səhvsiz etmək, daha yaxşı hazırlaşmaqdır. Ölkədə yaradılmış şərait bunu yaxşı etməyə imkan verir”.

Həmin kateqoriyadan