Marko Rossi: Xoşbəxtlikdən Azərbaycan millisinin vurduğu qol sayılmadı

“Ay-ulduzlular”ımız Avro-2020-in seçmə “E” qrupunda Budapeştdə yerli komandaya 0:1 yenilib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra Macarısyan yığmasının baş məşqçisi Marko Rossi bunu söyləyib: 

“75 dəqiqəni yaxşı keçirdik, sonra isə yorulduq. Rəqib bundan yararlanaraq qol vurdu. Xoşbəxtlikdən qol sayılmadı. Orada nə baş verdiyini görmədim. Bəxtimiz gətirdi. Onlar Xorvatiya ilə 1:1 hesablı heç-heçə ediblər, Uelsə son dəqiqələrdə qol buraxaraq uduzublar”

Həmin kateqoriyadan