Marko Roys: “Borussiya”dan başqa bir komandada oynamayacağam”

Allsport.az xəbər verir ki, Dortmund “Borussiya”sının futbolçusu Marko Roys klubla müqaviləsinin gələn ilin yayına qədər uzadılması haqqında fikirlərini bölüşüb. O deyib:

“Bütün azarkeşlərimiz kimi komandamızın da diqqətini yönəltdiyi bir böyük məqsəd var: Biz Almaniya çempionu olmaq istəyirik. Həyatımın yarıdan çoxunu bu klubda keçirmişəm. “Borussiya” üçün mümkün olan hər şeyi etmək istəyim var. Mənim üçün hələ də ən yaxşı azarkeşlər qarşısında və dünyanın ən gözəl stadionunda qol vurmaq, qələbələri birlikdə qeyd etməkdən gözəl heç nə yoxdur. Buna görə də müqaviləmi daha bir il uzatdığım üçün xoşbəxtəm. Karyeramda “Borussiya”dan başqa heç bir komandada oynamayacağam”.

Həmin kateqoriyadan