Matçda qalmaqal yaşanıb

Peru millisinin futbolçuları İspaniya polisi ilə əlbəyaxa olub.

Allsport.az xəbər verir ki, insident azarkeşlərin oyunçularına yaxınlaşmaq istədikləri oteldə baş verib. Bir anda ispan polisi futbolçulardan birini itələyib. Bu vaxt həmin oyunçu da cavab olaraq asayiş keşikçisini itələyib. Daha sonra perulu futbolçularla İspaniya polisi arasında kiçik dava düşüb.

Peru millisi Mərakeş yığması ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma martın 28-də Madriddəki “Vanda Metropolitano” stadionunda baş tutacaq.

Həmin kateqoriyadan