“Maynts” klubunun idman direktoru “Qəbələ”ni naməlum rəqib adlandırıb

Almaniyanın “Maynts” klubunun idman direktoru Ruven Şröder Avropa Liqasının qrup mərhələsində rəqibləri barədə danışıb. Allsport.az saytı xəbər verir ki, o, “Qəbələ” haqqında məlumatsız olduğunu deyib:

“Qrupumuzda “Sent-Etyen” və “Anderlext” kimi kiçik üstünlüyü olan, eyni zamanda bizim üçün naməlum “Qəbələ” var. “Anderlext” böyük ənənələrə malik klubdur. İsveçrəli məşqçi Rene Veyler də yaxşı mütəxəssisdir. “Sent-Etyen” də maraqlı rəqibdir. Bu klubda gənclərlə bağlı çox yaxşı işlər görülür.

“Qəbələ”yə gəlincə, bu klub da ötən mövsüm Avroliqanın qrup mərhələsində çıxış etməklə yaxşı təcrübə toplayıb. Belçikaya, Fransaya səfərimizi səbrsizliklə gözləyirik. Hətta uzaq Azərbaycana da. Baxmayaraq ki, oraya səfər 4-5 saat çəkir”.

Həmin kateqoriyadan