Mbappe qərarını verib

PSJ-nin hücumçusu Kilian Mbappe “Real”a keçmək qərarına gəlib.

Allsport.az xəbər verir ki, fransalı futbolçu Madrid klubunda oynamaq arzusunu həyata keçirmək istəyir. O, bu yay PSJ-dən ayrılmaq niyyətindədir, lakin Paris təmsilçisi hazırkı müqaviləsinə görə onu buraxmayacaq.

Mbappe “Real”ın yüksək səviyyəli rəsmilərinə PSJ ilə müqaviləsi başa çatandan sonra komandadan getmək istədiyini bildirib. Şərtlərə əsasən, Kilian müqaviləni daha 1 il uzada bilər, lakin bunu etməyəcək. Futbolçu “kral klubu”na keçəcək.

Həmin kateqoriyadan