Mendez: “İslamın rəqibi kimi Beneil Dariuşu düşünürəm”

Allsport.az xəbər verir ki, məşhur MMA məşqçisi Xavyer Mendez, yüngül çəkidə UFC üzrə dünya çempionu, rusiyalı İslam Mahaçevin növbəti döyüşü barədə fikirlərini bölüşüb:

“İslamın rəqibi kimi Beneil Dariuşu düşünürəm. İstərdim ki, Beneil Şarl Oliveyranı məğlub edib Mahaçevlə döyüşsün. Əyləncə və idman baxımından daha maraqlı olardı. Beneilin necə döyüşdüyünü bildiyim üçün, Dariuşun titul şansına layiq olduğunu düşünürəm”.

Amerikalı Dariuş iyunun 10-da Vankuverdə (Kanada) keçiriləcək UFC 289 turnirində braziliyalı Çarlz Oliveyra ilə döyüşəcək.

Həmin kateqoriyadan