Messi “Əl-Hilal”dan rəsmi təklif alıb

Allsport.az xəbər verir ki, Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanından təklif alıb. “Əl-Hilal” 35 yaşlı hücumçuya rəsmi müqavilə təklifi göndərib.

Bundan əvvəl oyunçunun Səudiyyə Ərəbistanında illik 400 milyon avro qazana biləcəyi qeyd olunurdu. Messi həm də Səudiyyə Ərəbistanının turizm səfiridir.

O, bu ölkəyə icazəsiz səfər etdiyinə görə PSJ tərəfindən 2 gün əvvəl 2 həftəlik komandadan uzaqlaşdırılıb. Messi ilə Paris təmsilçisinin müqaviləsi bu mövsümün sonunda başa çatacaq.

Həmin kateqoriyadan