Messi Busqetsə təşəkkür etdi

Allsport.az xəbər verir ki, PSJ-nin hücumçusu Lionel Messi Serxio Busqetsin “Barselona”dan ayrılmaq qərarı verməsi haqda fikirlərini bölüşüb.

Messi və Busqets 13 il (2008-ci ildən 2021-ci ilə kimi) Kataloniya təmsilçisində birgə çıxış ediblər.

“Meydanda həmişə “5 nömrə” ilə oynamısınız. Amma əslində siz həm oyunçu, həm də insan kimi bir nömrəsiniz. Karyeranızın yeni mərhələsində sizə və ailənizə uğurlar arzulayıram.

Meydanda və meydandan kənarda gördüyünüz işlərə görə təşəkkür edirəm. Həm yaxşı, həm də çətin anlarımız çox olub. Onlar yaddaşımda əbədi qalacaqlar!” – deyə Messi bildirib.

Həmin kateqoriyadan