Messi daha bir mükafat qazanıb

Argentina yığmasının kapitanı Lionel Messi “Laureus” mükafatının təqdimetmə mərasimindəki çıxışında 2021-ci ildə tərk etdiyi “Barselona”dan söz açıb.

Allsport.az xəbər verir ki, PSJ-nin futbolçusu “Laureusa” görə ilin ən yaxşı idmançısı adına layiq görülüb. Mükafatlandırma mərasimi Parisdə baş tutub.

“Bu cür tanınmaq xoşdur, böyük arzumu həyata keçirmək üçün bəxtim gətirdi. Mən hər şeydən keçdim. “Barselona” ilə çox sevinc yaşadım və milli komanda ilə çox kədərləndim. Amma heç vaxt dayanmadım” – deyə 35 yaşlı hücumçu çıxışında söyləyib.

Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisi ilə birlikdə qalib olub.

Həmin kateqoriyadan