Messi daha bir rekord qıracaq

PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Lionel Messi üçün inanılmaz transfer təklifi gəlir.

Allsport.az xəbər verir ki, Fransa nəhəngi çempionlar liqası hədəfinə doğru yolda məyusluq yaşamağa davam edir. Nəhayət, “Bavariya” tərəfindən mübarizədən kənarlaşdırıldıqdan sonra Messinin komandadan ayrılacağı ilə bağlı iddialar daha da artıb. 

Mövsümün sonunda karyerasının harada davam edəcəyi ilə maraqlanan Messi Səudiyyə Ərəbistanından təklif alacaq. Liqasının köklü klublarından olan “Əl Hilal” ulduz futbolçuya illik 221 milyon avro təklif edəcək. Bu baş versə, hücumçu rəqibinin rekordunu qıracaq.

Mövsümün əvvəlində “Al Nəsr”la illik 200 milyon avroluq müqavilə imzalayan Kriştianu Ronaldu idman tarixinin ən böyük müqaviləsinə imza atıb. 

Həmin kateqoriyadan