Messi Ronaldunu çox geridə qoyacaq?

Lionel Messi bu yay dünyanın ən çox maaş alan futbolçusu ola bilər.

Allsport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının hakimiyyət orqanları futbol tarixinin ən böyük təklifini hazırlayır.

Əvvəlcə 35 yaşlı argentinalı ilə müqavilənin parametrləri ilə bağlı razılaşmaq niyyətindədirlər və yalnız bundan sonra hücumçunun hansı kluba keçəcəyi müəyyənləşəcək.

İndi ölkə nümayəndələri futbolçunun atası Xorxe Messi ilə danışıqlar aparırlar. Söhbət təxminən ildə 400 milyon dollara bərabər olan bir məbləğdən gedir.

Daha əvvəl “Barselona”nın yayda Messini geri qaytarmaq istədiyi bildirilirdi .

Həmin kateqoriyadan