Messinin atası: “Qərar yalnız mövsümün sonunda veriləcək”

Allsport.az xəbər verir ki, PSJ-nin hücumçusu Lionel Messinin atası Corce Messi futbolçunun karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəkləri barədə yayılan məlumatlara münasibət bildirib:

“Növbəti mövsüm üçün heç bir klubla danışıqlar aparmamışıq. Biz yalnız Lionel PSJ ilə çempionatı bitirdikdən sonra qərar qəbul edəcəyik. Mövsüm bitdikdən sonra variantları təhlil edib götür-qoy etmək, sonra isə qərar vermək vaxtı gələcək.

Şayiələr daim dolaşır. Çoxları məşhurluq naminə Messinin adından istifadə edir. Amma yalnız bir həqiqət var. Və sizi əmin edə bilərik ki, mövsüm bitənə qədər heç kimlə imza atmayacağıq, razılaşmayacağıq və ya şifahi müzakirələr aparmayacağıq”.

Həmin kateqoriyadan