Messinin qiyməti düşüb

Allsport.az saytı xəbər verir ki, argentinalı futbolçunun bu yay 36 yaşı tamam olacaq. Transfer dəyərinin azalmasının yaşla əlaqəli olması məntiqlidir. Leonel PSJ-də heç də yaxşı olmayan ilk mövsüm keçirib (1-ci divizionda 26 matçda 6+15 və çempionlar liqasında 7 oyunda 5 qol).

Məlum olduğu kimi, o, Dünya Kubokuna əla hazırlıqda yollanıb – milli komanda ilə qalib çempion olaraq, mundialın ən yaxşı futbolçusu olub (7 matçda 7+3). Bu mövsüm o, Fransa klubund 23 oyunda 14 qol vurub və 14 məhsuldar ötürmə edib.

2018-ci ildə zirvədə olan hücumçu 180 milyon avro dəyərində idi. Onun qiyməti indi 140 milyondan 50 milyin avroya düşüb. Müqayisə üçün qeyd edək ki, 35 yaşında Kriştianu Ronaldunun dəyəri 60 milyon avro idi.

Həmin kateqoriyadan