Leau komanda ilə məşqlərə başlayıb

“Milan”ın portuqaliyalı hücumçusu Rafael Leau komanda ilə məşqlərə başlayıb və böyük ehtimalla, çempionlar liqasının 1/2 final mərhələsinin cavab oyununda “İnter”ə qarşı oynaya biləcək. 

Allsport.az xəbər verir ki, dünən Leau tam məşq edib. Rafaelin çempionlar liqasının yarımfinalında “İnter”lə cavab oyununda iştirak etmək fürsəti var.

“Milan”ın portuqaliyalı hücumçusu mayın 6-da “Latsio” ilə matçda (2:0) budundan zədə almışdı.

Leau bu mövsüm “A” Seriyasında 32 oyunda 12 qol vurub və 7 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan