Milli Gimnastika Arenasında Novruz bayramı qeyd edilib

Azərbaycan Gimnastika Federasiyasının (AGF) və Təhsil Nazirliyinin dəstəyi ilə xüsusi məktəbdə şagirdlər üçün Novruz bayramı şənliyi keçirilib. Allsport.az xəbər verir ki, tədbirdə gimnastikanın müxtəlif növləri üzrə yığma komandaların üzvləri də iştirak ediblər.

Layihə məktəb yaşlarında olan gimnastların təhsillərini davam etdirə bilmələri məqsədilə həyata keçirilir. Çoxmillətli yığma komandalarımız parlaq çıxışlar göstərək rəqs edib, mahnı oxuyub, Azərbaycan dilində şeirlər söyləyib, qədim Novruz bayramı haqda maraqlı faktlar danışıblar.

Federasiyanın vitse-prezidenti Altay Həsənov beynəlxalq arenada ölkəmizin idman şərəfini ləyaqətlə qoruyan gimnastların Azərbaycanın mədəniyyəti və adət-ənənələrini yaxından bilmələrini yüksək qiymətləndirib.

Həmin kateqoriyadan