Milli komandalarımız dünya çempionatında uğurlu çıxış edib

Türkiyənin Samsun şəhərində parataekvondo üzrə sayca 6-cı olan dünya çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, 10 idmançı ilə mundiala qatılan millimiz 8 medal qazanıb. Yaşar Doğu Spor Salonunda baş tutan yarışda,  kapitanı Nicat Müslümov (75 kq), Aleksandr Polişuk (+75 kq) və Aynur Dadaşova (+58 kq) rəqiblərinə qalib gəliblər. Xəzər İsayev (75 kq) yalnız finalda uduzub. Digər 4 təmsilçimiz Röyalə Fətəliyeva (49 kq), Əbülfəz Abuzərli (75 kq), Vüqar Adışirinov (+75 kq) və Namiq Abbasov (61 kq) yarımfinal mərhələsində məğlub olaraq, bürünc medala sahib çıxıblar.

Baş məşqçi Əvəz Tağıyev, böyük məşqçilər Tərənnüm Bayramov və Yaşar Səfərovun rəhbərliyi ilə çempionata qatılan millimiz 3 qızıl, 1 gümüş və 4 bürünc medalla komanda hesabında kişilər arasında Rusiya millisindən sonra 2-ci, qadınlarda Rusiya ilə Türkiyə yığmasının ardından 3-cü pillədə qərarlaşıb.

 

Həmin kateqoriyadan