- Baxış sayı: 31
- 19 İyun 2026 20:30
- Baxış sayı: 36
- İyun 19, 2026
- 0

Azərbaycan yığma komandası yoldaşlıq oyununda evdə Haitiyə 0:3 hesabı ilə məğlub olub.
Allsport.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmada hesabı 9-cu dəqiqədə Frontdi Pyero açıb. O, 63-cü dəqiqədə dubla imza atıb. Oyunda son nöqtəni 83-cü dəqiqədə Denli Jan-Jak qoyub.
Bundan bir dəqiqə sonra Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq, millini azlıqda qoyub.
Milli komanda növbəti yoxlama oyununu martın 25-də Belarusa qarşı keçirəcək.