- Baxış sayı: 43
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Tottenhem”in futbolçusu Dele Alli mayın 12-də evində xoşagəlməz hadisə ilə üzləşib. Allsport.az xəbər verir ki, Londonda yaşayan futbolçunun evinə bıçaqlı quldurlar girib.
Hadisə futbolçunun sevgilisi və qardaşı ilə bilyard oynadığı vaxt yaşanıb. Quldurlar hər 3 şəxsin üz-gözünü pis hala salıb, evi yağmalayıblar. Soyğunçular ingiltərə millisinin üzvünə 2 milyon funt-sterlinqdən çox ziyan vurub.
Sifətində yaralar olan 24 yaşlı futbolçunun vəziyyəti yaxşıdır.
Hadisəni araşdıran polislər kameraya düşən görüntülərlə quldurları tapmağa çalışır.