Milli komandamız Ukraynaya uduzdu, AÇ-yə birbaşa vəsiqəni əldən verdi

Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə apardığı 4-cü qrupun oyunlarına yekun vurulub. Allsport.az xəbər verir ki, Sərhədçi İdman Olimpiya Mərkəzində öncə Danimarka və Belçika yığmaları üz-üzə gəliblər.

Belçikalılar rəqibi darmadağınla məğlub ediblər. Nəticədə, Danimarka qrupu sonuncu, Belçika isə üçüncü pillədə başa vurub.

Həlledici oyunda isə Ukrayna və Azərbaycan milli komandaları qarşılaşıb. Millimiz bu görüşdə məğlubiyyətlə üzləşib. Bu üzdən AÇ-nin final mərhələsinə birbaşa vəsiqəni ukraynalılar əldə ediblər. Azərbaycan yığması isə qitə birinciliyinə vəsiqə qazanmaq üçün pley-off oyunu keçirmək məcburiyyətində qalıb.

Qeyd edək ki, iki turdan sonra Azərbaycan və Ukrayna milli komandaları 6 xol toplamışdılar. Top fərqinə görə millimiz turnir cədvəlində birinci yerdə qərarlaşmışdı. Bu üzdən yığmamız hətta Ukrayna ilə heç-heçə etməklə də qrup birincisi ola bilərdi. Lakin təəssüf ki, komandamız qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilməyib.

Danimarka – Belçika – 3:5 (1:3)

Azərbaycan – Ukrayna – 2:3 (0:1)
Qollar: Bilotserkivets, 5 (0:1). Sorokin, 27 (0:2). Eduardo, 31 (1:2). İvanyak, 33 (1:3). Rafael, 40 (2:3).

Azərbaycan: Laersio Buranello, Eduardo Mello, Rizvan Fərzəliyev (k), Auqusto Sezar, Amadeu – Rövşən Hüseynli, Rafael Durval, Ramiz Çovdarov, Fineo, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Vitali Borisov, Xətai Bağırov, İsa Atayev.

Qrupdakı vəziyyət: Ukrayna – 9, Azərbaycan – 6, Belçika – 3, Danimarka – 0.

Həmin kateqoriyadan