Millimizin heyətində növbəti itki

Azərbaycan millisi sabah DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə keçiriləcək oyun ərəfəsində növbəti itki ilə üzləşib. 

Allsport.az xəbər verir ki, sentyabrın 4-də Dublin şəhərində baş tutan İrlandiya – Azərbaycan oyununun gedişində zədələnən Rüstəm Əhmədzadənin sabahkı qarşılaşmada iştirak edə bilməyəcəyi dəqiqləşib.

Portuqaliya yığması ilə oyuna hazırlaşan millimizin düşərgəsini daha öncə Maksim Medvedev zədə, Anton Krivotsyuk isə sarı kart limiti ilə əlaqədar tərk etmişdi.

Həmin kateqoriyadan