Millimizin hücumçusu hansı Portuqaliya klubuna keçdi?

Millimizin hücumçusu hansı Portuqaliya klubuna keçdi?

İngiltərənin “Vulherhempton” klubunun azərbaycanlı futbolçu Renat Dadaşov karyerasını Pireneydə davam etdirəcək.

Allsport.az saytı xəbər verir ki, Portuqaliya liqasında çıxış edən “Tondela” 22 yaşlı hücumçunu 1-mövsümlük icarəyə götürüb. Dünən tibbi müayinədən keçən futbolçu, bu gündən məşqlərə qoşulacaq.

Həmvətənimizin “Vulherhempton”la müqaviləsi 2023-cü ilin yayına qədərdir. O, 2019-cu ildə icarə əsasında Portuqaliyanın “Pasuş de Ferreyra” klubunda mübaruzə aparıb.

Həmin kateqoriyadan