- Baxış sayı: 53
- 11 May 2026 15:09
- Baxış sayı: 76
- May 11, 2026
- 0

Millimizin və “Azəryol” klubunun keçmiş həndbolçusu Mariya Reçiteleva xoşbəxt günlərini yaşayır. 2 il öncə ailə quraraq Azərbaycanı tərk edən 27 yaşlı gözəl, doğma Həştərxanda da çox qalmadı – karyerasını bitirib ailəsi ilə birgə okeanın o tayına yollandı.
Allsport.az saytına açıqlamasında hər şeyin yaxşı olduğunu deyən Maşa geri qayıtmağı düşünmür. Amerikalı ulduz aktrisa Kim Qardaşyana bənzədilən rusiyalı idmançı seksuallığı ilə ABŞ-ı fəth etmək istəyir:
“Hazırda Los Ancelesdə yaşayıram. Buralar çox xoşuma gəlir. Fitnes məşçisi işləyirən. Hər şey qaydasındadır. Fiziki hazırlığımı itirməmək üçün, burada həvəskar həndbol liqasında da çıxış edirəm”.
Xatırladaq ki, o, Bakı-2017 İslam oyunlarının qalibi və ölkə çempionatının gümüş mükafatçısıdır.



