- Baxış sayı: 46
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Millimizin keçmiş hücumçusu Pərdis Fərcad-Azad Almaniyanın “Viktoriya Berlin” klubu ilə yeni müqavilə bağlayıb. Allsport.az xəbər verir ki, 32 yaşlı futbolçu daha bir il Berlin klubunda oynayacaq.
Pərdis ötən ildən oynadığı 4-cü liqa təmsilçisində 17 matçda 6 qol vurub. O, Azərbaycanda “Sumqayıt”, “Keşlə” və “Zirə” klublarında çıxış edib.