- Baxış sayı: 62
- 06 Noyabr 2026 11:42
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycan milli komandasının məşqçisi Qordan Tsipriç millinin üzvü Toğrul Əratın çıxışını izləmək məqsədilə sentyabrın 26-da Münxenqladbax şəhərində keçiriləcək “Borussiya-2” (Münxenqladbax) – “Fortuna-2” (Düsseldorf) oyununa baxacaq. Allsport.az xəbər verir ki, baş məşqçinin digər köməkçisi Elxan Abdullayev isə oktyabrın 1-də UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Krasnodar” (Rusiya) – “Qəbələ” oyununu izləmək üçün qonşu ölkəyə yollanacaq.