- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

Millimizin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko karyerasını Rusiyada davam etdirəcək. Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis premyer liqa təmsilçisi SSKA-nın məşqçilər heyətinə daxil olub.
O, əsas komandada qapıçılar üzrə məşqçi kimi çalışacaq. Təcrübəli mütəxəssis bu gün komanda ilə İspaniyaya təlim-məşq toplanışına yollanacaq.
Millimizin keçmiş qapıçısı yığmadan əvvəl “Neftçi” və “Qəbələ”də də məşqçi kimi çalışıb.