- Baxış sayı: 46
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Yığmamızın millətlər liqasındakı rəqiblərindən olan Lüksemburq yoxlama oyunu keçirəcək. Allsport.az xəbər verir ki, komanda Almaniyanın 3-cü bundesliqa klubu olan “Saarbrükken” ilə görüşəcək.
Oyun sentyabrın 1-də baş tutacaq. Qarşılaşmanın məkanə və saatı barədə hələ ki məlumat verilməyib.
Azərbaycan və Lüksemburq yığmaları “C” liqasının 1-ci qrupunda yer alıblar. Komandaların ilk görüşü sentyabrın 5-də Bakıda, ikinci duel isə noyabrın 17-də Lüksemburqda olacaq. Bu qrupda Monteneqro və Kipr milliləri də qərarlaşıb.