Azərbaycanın “Şaxtyor”la oyununun başlama saatı bəllidir

Millimizin Ukraynanın “Şaxtyor” klubu ilə Türkiyənin Antalya şəhərində keçirəcəyi yoxlama matçının stadionu və başlama vaxtı müəyyənləşib. Allsport.az Donetsk klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma fevralın 24-də “Mərdan” stadionunda oynanılacaq.

Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, “Şaxtyor” millimizlə görüşdən öncə “Atırau” (Qazaxıstan), QKS (Polşa) və “Dinamo” (Minsk, Belarus) komandaları ilə qarşılaşacaq.

Xatırladaq ki, “Şaxtyor” Çempionlar Liqasında mübarizəni davam etdirir. Ukrayna təmsilçisi ÇL-in 1/8 finalının ilk oyununda doğma meydanda “Bavariya” ilə 0:0 hesabı ilə bərabərə qalıb.

Həmin kateqoriyadan