Millinin futbolçular vətənə dönmədi. Çarterdə tək o yer aldı

Millinin futbolçular vətənə dönmədi. Çarterdə tək o yer aldı

Braziliya millisinin ABŞ-dan vətənə qayıdan çarter reysində cəmi bir futbolçu yer alıb. Allsport.az xəbər verir ki, təyyarədə yer alan yeganə oyunçu 34 yaşlı müdafiəçi Danilo olub.

Hazırda Braziliyanın “Flamenqo” klubunda çıxış edən futbolçu karyerası ərzində İspaniyanın “Real”ında və İngiltərənin “Mançester Siti”sində də forma geyinib.

Braziliya millisinin digər futbolçuları DÇ-2026 başa çatdıqdan sonra vətənə qayıtmaq əvəzinə birbaşa istirahətə yollanıblar. Komandanın baş məşqçisi Karlo Ançelotti isə evinin yerləşdiyi Kanadaya uçub.

Braziliya yığması dünya çempionatının 1/8 finalında Norveçə 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Bu nəticə komandanın XXI əsrdə dünya çempionatlarındakı ən uğursuz çıxışı hesab olunur.

Həmin kateqoriyadan