- Baxış sayı: 36
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“İnter” ciddi itki ilə üzləşib.
Allsport.az xəbər verir ki, komandanın türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu sıradan çıxıb.
31 yaşlı futbolçu bu səhər tibbi müayinədən keçib. Nəticələrə əsasən, Çalhanoğlunun sağ budunun adduktor əzələsində gərilmə aşkarlanıb.
Çalhanoğlu “Roma” ilə oyunda forma geyinə bilməyəcək. Onun təxminən 3 həftəlik fasilədən sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.
Türkiyə millisinin kapitanının UEFA millətlər liqasında Fransa, İtaliya və Belçikaya qarşı keçirilməsi planlaşdırılan matçları da buraxacağı bildirilir.
Hakan Çalhanoğlu 2021-ci ildən “İnter”in formasını geyinir.