Mirko Mariç: “Cavab matçının da favoriti “Qarabağ”dır”

Çernoqoriyanın “Rudar” klubunun baş məşqçisi Mirko Mariç UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

– Futbolçularımı təbrik edirəm. Tapşırıqlarımın hamısını yerinə yetirdilər. Oyundan çox razıyam.

– Cavab qarşılaşması haqda nə düşünürsünüz?
– Bilirik ki, rəqib yaxşı komandadır. Növbəti matçın da favoriti “Qarabağ”dır. Amma bizim üçün hazırda ən önəmli olan komandamın cavab görüşünə qədər yaxşı istirahət etməsidir.

– Hiss olunurdu ki, komandanız sırf müdafiədən oynayır. Düşünmürsünüz ki, “Qarabağ”la ilk oyundakı heç-heçə sizin üçün yaxşı nəticə deyil? Çünki “Qarabağ” səfərdə qol vursa, işiniz çətin olacaq.
– Təbii ki, düşünürük. Ancaq biz də qol vura bilərik. Bu, futboldur, hər şey ola bilər.

Həmin kateqoriyadan