Mirko Mariç: “Qarabağ” Avropa klublarından fərqlənmir”

Çernoqoriyanın “Rudar” klubunun baş məşqçisi Mirko Mariç Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la ilk oyun öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, mətbuat konfransında öncə bunları deyib.

– Bizim üçün çətin oyun olacaq. “Qarabağ”ı yaxşı tanıyırıq. Ötən il Avropa Liqasının qrup mərhələsində oynayıblar. Bilirik ki, ötənilki heyəti qoruyub saxlayıblar. Rəqibin bəzi oyunlarını izləmişik. “Qarabağ” Avropa komandalarından fərqlənmir. Onlara hörmət edirik. Ancaq sabah qələbə üçün əlimizdən gələni edəcəyik. Sonda bilinəcək ki, qalib kim olacaq.

– “Qarabağ”ı analiz edə bilmisiniz?
– Bilirik ki, rəqibin heyətində həm gənc, həm də təcrübəli futbolçular var. Ancaq onların əksəriyyəti Avropa təcrübəsinə malikdir.

– Digər Çernoqoriya klubu “Mladost” “Neftçi” ilə qarşılaşdı. Yəqin həmin oyunları izləmisiniz. Sizdə Azərbaycan futbolu haqda hansı təəssüratlar yarandı?
– Bəli, “Mladost”un “Neftçi” ilə oyunlarını izləmişik. Ancaq “Qarabağ” “Neftçi”dən daha güclüdür. Ona görə də bizə daha çətin olacaq.

– Sabah stadiona 20 min azarkeş gələcək. İndiyə qədər komandanız bu qədər azarkeş önündə oynayıb?
– Bəli, iki il əvvəl Avropa Liqasının oyununda Polşa komandası ilə qarşılaşmışıq. Həmin görüşdə 30 mindən artıq azarkeş var idi.

Həmin kateqoriyadan