Modriç Avro-2024-də oynamaq istəyir

Luka Modriç millətlər liqasından sonra Xorvatiyanı tərk etməyəcək.

Allsport.az xəbər verir ki, UEFA millətlər liqasının finalında Xorvatiya millisi İspaniyaya penaltilər seriyasında uduzub (0:0, penaltilərdə – 4:5).

Oyundan sonra verdiyi müsahibədə Modriç millidəki gələcəyi ilə bağlı qərar verdiyini, lakin qərarını daha sonra açıqlayacağını bildirib.

“Real”ın 37 yaşlı yarımmüdafiəçisi milli komandadan çıxmaq fikrində deyil. Modriç Avro-2024-də Xorvatiya yığmasında oynamaq istəyir.

Modriç 2006-cı ildən Xorvatiya millisində çıxış edir və keçirdiyi matçların sayına görə (166) komandanın rekordçusudur. Milli komandanın tərkibində 2018-ci il dünya çempionatının gümüş, 2022-ci ildə isə dünya çempionatının bürünc mükafatçısı olub.

Həmin kateqoriyadan