Modriç: “Daha yaxşı nəticəyə layiq idik”

Allsport.az xəbər verir ki, “Real Madrid”in xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç “Mançester Siti” ilə yarım final matçının nəticəsini şərh edib (1:1):

“Fasilə zamanı nəyisə düzəltməliydik. Məşqçi bizdən topa daha çox sahib olmağımızı və təşəbbüsü ələ almamızı istədi. 

Daha yaxşı nəticəyə layiq idik. Bununla belə, səfərdə qalib gəlmək üçün cavab oyununa da eyni inamla və nikbin münasibətlə yanaşacağıq.

Komandaların heç biri üstünlük əldə edə bilmədi”.

Çempionlar liqasının yarım final mərhələsinin “Real Madrid” və “Mançester Siti” komandaları arasında cavab oyunu mayın 17-də keçiriləcək. 

Görüş “Etihad” stadionunda keçiriləcək

Həmin kateqoriyadan