MOK-un 30-illik yubileyinə stolüstü tennis turniri

“Şüa” idman-sağlamlıq kompleksində milli olimpiya komitəsinin 30-illik yubileyinə stolüstü tennis turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışın açılışında ASTF-inn vitse-prezidenti Elmar İslam və MOK-un əməkdaşı İntiqam Səfərov ölkə idmanının inkişafından danışıblar.

Gərgin və maraqlı mübarizədə kişilərdə Emin Məmmədov qalib gəlib. Vəzir Allahverdiyev 2-c və Adil Əhmədzadə 3-cü olublar.

Qadınlarda Ləman Abdulhəmidova bütün rəqiblərini üstələyib. Arzu Aslanova 2-ci və Mərziyyə Nurmətova 3-cü yer tutublar.

Fərqlənən idmançılara ASTF-in və MOK-un mükafatları təqdim olunub.

Həmin kateqoriyadan