“Monako” kimi komandalar ən kiçik səhvləri də bağışlamır”

“Kəpəz” klubunun baş məşqçisi Şahin Diniyev “Qarabağ”ın səfərdə “Monako” ilə görüşünə şərh verib. Allsport.az saytı xəbər verir ki, mütəxəssis, Azərbaycan təmsilçisinin oyunundan razı qalıb:

“Qarabağ”ın “Monako” ilə bərabər səviyyədə oynaması məni sevindirdi. Bəzi epizodlarda hətta komandamız rəqibdən üstün idi. “Monako” kimi komandalar ən kiçik səhvləri də bağışlamır.

Bir səhv qapımıza vurulan qolla nəticələndi. Amma istənilən halda ağdamlıların səfərdəki oyununu qeyd etmək lazımdır”.

Həmin kateqoriyadan