“Mourinyodan nifrət edirəm”

“Feyenoord”un keçmiş oyunçusu Brian Linsen Avropa liqasının 1/4 final mərhələsində “Roma” ilə klubunun matçından gözləntilərini bölüşüb.

Allsport.az xəbər verir ki, keçmiş hücumçu keçirdiyi hissləri belə ifadə edib:

“Mourinyoya nifrət edirəm. Birincisi, ötən il konfrans liqasının finalında “Roma”ya uduzmuşduq. Bir vaxtlar oyundan sonra onlar sadəcə saqqız çeynəyəndə belə mən qıcıqlanırdım. Mən hələ də klubumu izləyirəm, bu gün gərginəm. Adətən olduğumdan bir az çox. Mən istəyirəm ki, onlar davam etsinlər və finalda qalib gəlsinlər”.

Həmin kateqoriyadan