MTK klubunun baş məşqçisi: “Qəbələ” ilə oyunlarımız çox çətin olacaq

Macarıstanın MTK klubunun baş məşqçisi Teodor Vasiliş Avropa Liqasının 2-i təsnifat mərhələsində “Qəbələ”yə rəqib olmalarına münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, klub saytına açıqlamasında bunu söyləyib:

“Qazaxıstan “Aktobe”si ilə görüşlərimiz çətin alınsa da, onları keçə bildik. Səbrsizliklə Avropa Liqasının 2-ci təsnifat mərhələsinin matçlarını gözləyirəm.

Hansı ki, biz Azərbaycanın “Qəbələ” klubu ilə qarşılaşacağıq. Ciddi rəqibdir. Onlarla oyunlarımız çox çətin olacaq. Cütün qalibinin hansı komanda olacağını indidən demək çətindir”.

Həmin kateqoriyadan